MƏSLƏHƏTLƏR

MƏHSULLAR HAQQINDA FAYDALI MƏLUMATLAR

Bıçaqları qaşıq və çəngəllərdən ayrı saxlayın. Bıçaqların digər metal əşyalarla təmas nəticəsində kütləşirlər. Bıçaqlar isti suda yuyulmaz və isti sobanın üzərində qurudulmazlar. Bıçaqları quru və təmiz saxlayın. Əgər bıçağınız qaralıb yaxud üzərində ləkələr əmələ gəlibsə, onu limon dilimi ilə sürtmək məsləhət olunur.

Qazan və çaydanınızın parıldaması üçün, içinə alma qabıqları (limon suyu da əlavə etmək olar) qoyub qaynadın. Çuqun və alümin qazanlar üçün limon duzundan və ya şirəsindən istifadə etmək olar. Əgər qab şirəli/minalı deyil, çuqun və ya alümindəndirsə, o zaman suya sirkə də əlavə etmək olar.

Şirəli/Minalı qablar qiqiyeniklik və içindəki qidanı daha təhlükəsiz saxlama xüsusiyyətinə malikdirlər. Lakin, unutmaq lazım deyil ki, hər bir əşya kimi ona da düzğün qulluq etməsək sonunda bizə xidmət etmə ömrünü qısaltmış olarıq. Yeni alınmış Şirəli qabı ilkin istifadədən öncə su ilə doldurub zəif odda qaynadın. Su qaynadıqdan sonra, odu söndürün suyu isə tam soyuyana gədər boşaltmayın. Belə bir prosedur qabın şirəsini/minasını bərkidir. Zədələnmiş şirəli qabda yemək bişirmək olmaz!

Teflon örtülü qablar həqiqətən də yanmır. Belə örtünün yeganə nöqsanı – onun yumşaqlığıdır.Teflon örtünü zədələməmək üçün bıçaqdan, çəngəldən və başqa metal əşyalardan istifadə etmək olmaz. Belə qabda qida hazırlamaq üçün yalnız taxta, yaxud plastik ləvazimatdan istifadə edilir. Belə qabların örtüsü həfif zədələndikdə belə (silinmə, cızılma, rəngin dəyişməsi) insan orqanizminə zərərli olan zəhərli turşu ifraz edir. Hər hansı zədə almış teflon örtülü qabı dərhal atmanız tövsiyə olunur!

Təzə alınmış çuqun qabı atəşin üzərinə qoyub içinə duz səpin. Duz öz rəngini dəyişdikdən sonra, tavanı içindəki duzla möhkəm sürtün. Tavanı boşaldın və quru salfetlə silin. İçinə yağ (yaxud piy) çəkib təkrar qızdırın. Bu üsulla işlənmiş tavada bişirilən yeməklər dibinə yapışmır.

Çaydandakı ağ ləkələri təmizləmək üçün çaydanın içinə sirkə (yaxud lumu cövhəri) və su əlavə edib 1 saat gözləyin. Sonra suyu qaynadıb tökün. Suyla birlikdə bütün ləkələrə son.

Aldığınız plastik və şüşə əşyaların üzərinə yapışdırılan etiketlərdə qurtulmaq üçün, etiketin üzərinə marqarin sürtün və 15 dəqiqə gözləyin. Bir bez parçası ilə ovalayıb yuyun. Üzərində heç bir ləkə və cızıq olmayacaq. Mebellərin yerlərini dəyişdirəndə, xalçaların üstündə iz qoyur. Bu izləri yox etmək üçün, izlərin üzərinə bir parça buz qoyun və əriməsini gözləyin. Daha sonra üstünü tozsoranlayın. İzdən əsər-əlamət qalmadığını görəcəksiz. Quru çayı saxladığınız qabın içinə, qızılgül ləçəkləri, ya portağal qabığı qoysanız o daha da ətirli olar. Qazanın içində mənşəyini bilmədiyiniz ağ ləkələr əmələ gəlir? Çox fikirləşməyin. Bu, suyunuzun ərpli olduğuna işarədir. Qazanların içərisində sirkəli su qaynadıb onları bu ləkələrdən xilas edə bilərsiz. Alma sirkəsi istifadə etsəniz daha yaxşı nəticə əldə etmiş olarsız. Pis qoxuların acığına: balıq qoxusu əlinizdən getmək bilmir? Dərhal limonu ikiyə bölüb əllərinizi onunla ovun. Qoxular aradan qalxacaq. Balıq qızartdığınız tava və boşqablarınızı qətiyyən qaynar su ilə yumayın, çünki qaynar su bütün pis qoxuların dostudur. Əvvəlcə qabları soyuq su ilə yaxalayın, sonra istədiyiniz kimi yuyun. Yumurta qoxusunu da stəkan və boşqablarınızdan asanlıqla təmizləyə bilərsiz.